“Neftçi” ilk “altılığ”a düşdü
05.03.2011 - 17:22
Bakının "Neftçi" və "Simurq" klublarının əvəzedici komandalarının XXI turdan təxirə salınmış görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, Zaqatalada baş tutan oyun "Neftçi”nin 3:2 hesabı ilə qələbəsi nəticələnib. Komanda qollarının hər üçünü ikinci hissədə - İlham Allahverdiyev (46-cı dəqiqə) və Ruslan Qurbanov (77 və 79) sayəsində vurub. 3 dəqiqəyə dubl edən Ruslan əsas komandaya da cəlb olunur. Onunla Türkiyədə qış hazırlığı keçən Ruslan gənclər yığmamızın hücumçusudur.
“Neftçi” bu səfər qələbəsi sayəsində təsnifat mərhələsini ilk "altılıq"da başa vurub. İqor Getmanın baş məşqçisi olduğu komanda "Muğan"la eyni sayda - 36 xal toplasa da, aralarındakı oyunların nəticələrinə görə üstün olub.

- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0