Premyer Liqada rekord
06.03.2011 - 19:05
Uels futbolunun əfsanəsi Rayan Giqqz daha 1 rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in bu gün “Liverpul”a qarşı keçirilən oyununda meydana çıxan 37 yaşlı yarımmüdafiəçi 607-ci dəfə “qırmızı şeytanlar”ın formasında çempionat matçında iştirak edib. Bununla da o, “Mançester Yunayted”in heyətində ən çox Premyer Liqa oyunu keçirən futbolçu olub. Belə ki, Rayan əfsanəvi Bobbi Çarltonun 606 oyunluq rekordunu arxada qoyub.
Qeyd edək ki, karyerasını davam etdirənlər arasında Giqqzin ən yaxın izləyicisi Pol Skoulzdur- 462 oyun.
Qeyd edək ki, karyerasını davam etdirənlər arasında Giqqzin ən yaxın izləyicisi Pol Skoulzdur- 462 oyun.
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0