Foqts “Xəzər Lənkəran” – “Neftçi” oyununu izləyəcək
07.03.2011 - 16:14
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Lənkərana yollanacaq. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”la “Neftçi”nin Azərbaycan kubokunun 1/4 final mərhələsində sabah saat 18:00-da Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək cavab oyununu izləyənlər arasında almaniyalı mütəxəssis də olacaq. Foqts millimizin futbolçuları, namizədləri iş başında görəcək ki, bunlar arasında Dubay toplanışına apararaq, razı qalmadığı “Xəzər Lənkəran”ın yeni transferi, gənc yarımmüdafiəçi Elnur Abdullayev var.
Qeyd edək ki, Foqts bu komandaların ilk oyununu təyyarədə olaraq, Bakıya gəldiyi üçün izləyə bilməmişdi.
Mənbə: affa.az
Qeyd edək ki, Foqts bu komandaların ilk oyununu təyyarədə olaraq, Bakıya gəldiyi üçün izləyə bilməmişdi.
Mənbə: affa.az
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0