Arif Əsədov: Son vaxtlar bizə hakimlərin kömək etdiyi deyilir
08.03.2011 - 22:05
“Komandamız öz oyunu ilə nəyə qadir olduğunu göstərdi. Son vaxtlar bizə hakimlərin kömək etdiyi deyilir, amma bu gün hamı tam əksini gördü”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Ölkə kubokunun 1/4 final matçında “Xəzər Lənkəran”a uduzmaqla mübarizədən kənarda qalan “ağ-qaralar”ın çalışdırıcı oyunla bağlı fikirlərini açıqlayıb: “Oyuna diktə edən tərəf biz idik. Bunun məntiqi nəticəsi kimi hesabda önə keçdik. Lakin təəssüf ki, baş hakim Vüsal Əliyev yanlış qərarları ilə "Neftçi"nin lazımi nəticəni əldə etməsinə imkan vermədi. Rəqib komanda qolunu baş hakimin təyin etdiyi cərimə zərbəsindən sonra vurdu. Halbuki, həmin epizodda qayda pozuntusu yox idi. Bundan başqa, 27-ci dəqiqədə Vüsal Əliyev rəqib futbolçu Adrian Pitə qırmızı vərəqə göstərməli idi, lakin bunu etmədi”.

- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0