AZAL-ın özünəməxsus ənənəsi davam edəcəkmi?
09.03.2011 - 17:25
AZAL klubu ardıcıl 2-ci mövsüm Azərbaycan kubokunun yarımfinalına yüksəlir. Apasport.az saytının məlumatına görə, 2005-ci ildən turnirdə çıxış edən “təyyarəçilər” ötən il olduğu kimi, finalın bir addımlığındadır.
Həmin vaxt “Xəzər Lənkəran”a minimal fərqlə yenilən (evdə 1:1, səfərdə 1:2) “Olimpik-Şüvəlan” bu dəfə AZAL adı ilə həmşəhərliləri “İnter”i sınağa çəkəcək. “Bankirlər” bu cütdə favorit sayılsalar da, tarixində ən böyük hesablı məğlubiyyəti elə cari mövsümdə kubokdakı rəqibindən aldığını unutmaq olmaz. Bu, səfərdə 0:5 hesablı yenilgi oldu.
Qeyd edək ki, “təyyarəçilər”in kubokda özünəməxsus ənənəsi var. Komanda ilk 2 mövsümdə (2005/06 və 2006/07) mübarizəni 1/8, sonrakı ikisində 1/4 finalda dayandırdılar. İndi ardıcıl 2 dəfə yarımfinal səddində “ilişməyin” olacağı mayın 4-də bilinəcək.

- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0