“Neftçi” sabah mətbuat konfransı keçirəcək
09.03.2011 - 18:05
“Neftçi” rəsmiləri mətbuat konfransı keçirəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Xəzər Lənkəran”la cavab oyununda hakimlikdən narazı qalan paytaxt təmsilçisi qeyri-obyektiv idarəçiliklə bağlı tədbir təşkil etməyi lazım bilib.
Sabah “Trend” İnformasiya Agentliyinin konfrans zalında baş tutacaq tədbir də məhz Lənkərandakı oyunda baş verənlərə həsr olunub. Saat 14:00-da başlayacaq konfransda baş məşqçi Arif Əsədov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu, komandanın kapitanı Rail Məlikov və makedoniyalı legioner Slavko Georgiyevski iştirak edəcəklər.
Qeyd edək ki, öz meydanında “Xəzər Lənkəran”a 3:4 hesabı ilə məğlub olan “Neftçi” səfərdəki cavab oyununda 1:1 hesabı ilə kifayətlənərək, mübarizəni dayandırıb.

- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0