Elnur Allahverdiyev “Neftçi”yə qarşı oynaya biləcək
17.03.2011 - 19:00
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev Azərbaycan Premyer Liqasında “Neftçi” ilə sabahkı derbi oyunda iştirak edə biləcək. Bu barədə apasport.az saytına futbolçunun özü məlumat verib.
O bildirib ki, ötən tur AZAL-la oyunda aldığı zədə ciddi deyil: “Belimdəki ağrılar düzəlib. Bu ağrılar uzun müddət məni narahat edirdi, meydana ağrıkəsici iynələr hesabına çıxmalı olurdum. İndi özümü yaxşı hiss edirəm. Di gəl ki, AZAL-la oyunun 10-cu dəqiqəsində ayağımdan zədə aldım. Ancaq bu, elə də ciddi deyil və sabah meydana çıxa biləcəyəm. “Neftçi” ilə ev oyununda nəyin bahasına olursa-olsun, qalib gəlməliyik”.

- "Qalatasaray" Kamavinqaya elçi düşdü: 35 MİLYON AVRO
- Deniz Güllə razılıq əldə olundu - RƏSMİ
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
0
0