Serjaodan növbəti qol
15.02.2012 - 09:41
Azərbaycan milli komandasının futzalçısı Serjao şərəfini qoruduğu Ukraynanın “Uraqan” klubunda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, milliləşən braziliyalımız ölkə kubokunun “Şans-Avto” ilə qarşılaşmasının iştirakçısı olub. 1/8 final mərhələsinin ilk oyunu “Uraqan”ın aşkar üstünlüyü ilə əlamətdar olub. Aşağı dəstə təmsilçisinə dərs keçən İvano-Frankovsk təmsilçisi 11:3 hesabı ilə qalib gələrək cavab oyunu formallığa çevirib. Artıq ilk hissənin 6:0 hesabı ilə bitməsi komandalar arasında səviyyə fərqini göstərir. Serjao bu görüşdə cəmi 1 qol vurub.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0