Yığmamız Serbiyaya gedə bilər
15.02.2012 - 15:00
2016-cı ildə keçiriləcək futzal üzrə Avropa çempionatını qəbul etmək istəyən ölkələrin siyahısına daha biri əlavə olunub. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin qrup mərhələsində Azərbaycan milli komandasını məğlub edərək 1/4 finala yolunu bağlayan Serbiya sayca 10-cu çempionata ev sahibliyi etmək istəyir. Yubiley turnirinə digər 2 iddiaçı Makedoniya və Bolqarıstandır. Lakin artıq UEFA-ya rəsmi müraciət edən serbiyalılar rəqiblərindən fərqlənəcək. Belə ki, çempionat bu ölkədə baş tutsa 2 deyil, 1 ölkədə oynanılacaq. Serbiya paytaxtı Belqrad bütün oyunları qəbul etməyə hazırdır. Bu isə o deməkdir ki, iştirakçılar 1 şəhərdən digərinə getmək kimi problemlə üzləşməyəcək.
Qeyd edək ki, 2014-cü ildə keçiriləcək sayca 9-cu çempionat Belçikada təşkil olunacaq. Son 2 yarışın final mərhələsində iştirak edən Azərbaycan yığması seçmə mərhələni arxada qoymaq ənənəsini davam etdirsə 2 il sonra Belçikada, 4 il sonra isə yubiley turnirində iştirak edə bilər.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0