Berti Foqts: Araz Abdullayev milliyə çağırılmayacaq
15.02.2012 - 15:15
Azərbaycan millisinin Dubay toplanışına aparılacaq heyətində dəyişikliklər olacaq. Bu haqda məlumatı apasport.az saytına yığmanın baş məşqçisi Berti Foqts verib.
Premyer Liqanın XX turunun “Sumqayıt” – “Neftçi” qarşılaşmasını izləyən almaniyalı mütəxəssis fevralın sonundakı toplanışa çağırılanlar arasında gənclərin olacağını bildirib: “Heyətdə bəzi yeni adlar olacaq. Bunlar əsasən gənc futbolçulardır. Onlar arasında Araz Abdullayev olmayacaq. Onun Yunanıstanın “Panionios” klubunda heyətə düşmək, orada möhkəmlənmək üçün mübarizə apardığını nəzərə alıb, yoxlama oyunun çağırmırıq. Bu yolla ona imkan yaradırıq ki, klubunda möhkəmlənə bilsin”.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0