Berti Foqts Elnur Məmmədliyə mesaj göndərdi
15.02.2012 - 17:00
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun olimpiya çempionumuz Elnur Məmmədova böyük rəğbəti var. Apasport.az saytının məlumatına görə, təcrübəli almaniyalı mütəxəssis bu gün “Şəfa” stadionunda keçirdiyi brifinqə Pekin Olimpiadasının qalibi olan cüdoçumuzla maraqlanıb.
Foqts Elnurun yayda London Olimpiadasında çıxış edəcəyini biləndən sonra 24 yaşlı idmançıya mesaj göndərib: “Ona deyin ki, Olimpiadada almaniyalı ilə döyüşsə, mən Elnura azarkeşlik edəcəyəm”.
Qeyd edək ki, Pekin Olimpiadasından sonra çəkisini dəyişərək, 81 kiloqramda döyüşən Məmmədlinin hazırkı çəkisində son Olimpiya çempionu məhz Foqtsun həmyerlisi – 33 yaşlı almaniyalı cüdoçu Ole Bişofdur. O, keçən ilin mayında Tunisdə keçirilən Qran-pri turnirində Elnuru ipponla məğlub edərək, sonda həmin yarışın qalibi olub.
Mehman SÜLEYMANOV

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0