“Yəqin Raab Foqtsun həmkəndlisidir”
15.02.2012 - 16:50
"Bu gün "Sumqayıt"ın "Neftçi" ilə başa-baş mübarizə apara bilməməsinə onların təcrübəsizliyi səbəb oldu. İlk dövrədəki "Sumqayıt"dan əsər-əlamət yoxdur". Apasport.az saytının xəbərinə görə, bunu "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev "Sumqayıt"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Hacıyev görüşlə bağlı daha sonra bunları deyib: "Sumqayıt"lı futbolçuların təcrübəsi yetmədi. Onlar bizi əks hücumlarda yaxalasalar da, fərqlənə bilmədilər. Bununla belə, "Sumqayıt" hələ çox komandalara başağrısı olacaq. Bu gün daha çox gənc oyunçulara şans verdim. Düşünürəm ki, Fərid Quliyevin vaxtı çatacaq”.
Hacıyev milli komandanın yoldaşlıq görüşlərini izləmək üçün Dubaya getməməsinə aydınlıq gətirib: "Mən Dubaya turist kimi getmək istəmirəm. Həmkarım Bernhard Raabın Dubaya getməsinə gəlincə, yəqin almaniyalı mütəxəssis Foqtsun həmkəndlisidir".

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0