Əsgər Abdullayev: Nəsə etməyə çalışacağıq
16.02.2012 - 00:04
“Oyunöncəsi son məşqimizi keçdik. Heyətlə bağlı geniş danışmaq istəmirəm. Hazırlaşırıq. Müəyyən futbolçuları komandaya cəlb edə bilmişik. Uşaqlar oyunun mahiyyətini başa düşürlər. Necə olacağını, oyundan sonra görəcəyik”. Bu sözləri apasport.az saytına “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.
Bu gün “Rəvan”la qarşılaşacaq Tovuz təmsilçisi “Dalğa Arena”da hazırlıq keçib. Komandanın çempionata tam hazır olmadığını vurğulayan baş məşqçi fiziki planda çatışmazlığı psixoloji hazırlıqla doldurmağa çalışacaqlarını bildirib: “Desəm ki, oyuna 100 faiz hazırıq, yalan olar. Fiziki çatışmazlığımızı psixoloji hazırlıqla doldurmalıyıq. Yəni uşaqlar oyuna yüksək səviyyədə köklənməlidirlər”.
Rəqib haqda da danışan mütəxəssis “Rəvan”ın güclü komanda olduğunu, xüsusilə də texniki cəhətdən xoş təsir bağışladığını vurğulayıb: “Rəqib haqda məlumatımız var. Dəvət etdikləri futbolçuları da tanıyırıq. Texniki cəhətdən güclü futbolçulardan təşkil edilib. Topla rəftarları çox yaxşıdır və texnikalı oyuna üstünlük verirlər. Güclü rəqib olduqlarını deyə bilərəm”.
Bir müddətdir komandada baxışda olan qanalı dayaq yarımmüdafiəçisi Stenli Afedize haqda da danışan Abdullayev onun komandada qalacağını deyib: “O, komandadadır və bizimlə qalacaq”.
Qeyd edək ki, 1987-ci ildə anadan olan futbolçuölkəmizə Belçikadan gəlib. O, orada üçüncü dəstədə çıxış edən “Olimpik Şarlerua”nın formasını geyinib. Ölkəsində olduğu müddətdə futbolçu Qananın ən güclü klubu hesab edilən “Heart of OAK”ın uğurları üçün tər töküb. Afedizi Qananın aşağı yaşlı yığmalarının da formasını geyinib.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0