Futbol hakimləri haqda həbs cəzaları çıxarıldı
16.02.2012 - 09:44
Çində bir sıra tanınmış futbol hakimləri haqqında ciddi ölçü götürülüb. Apasport.az saytının məlumatına görə, onlar danışılmış oyunlarda iştiraka, rüşvət aldıqlarına görə 7 ilədək həbs cəzası alıb. Belə ki, Dandun şəhərinin məhkəməsinin qərarı ilə Xuan Szyunsze qarşıdakı 7 ili dəmir barmaqlar arxasına keçirəcək. Beynəlxalq səviyyədə 20 ildən artıq idarəçilik edən hakim oyunların lazımı nəticələrinin müəyyənləşməyi müqabilində mükafat almaqda günahkar sayılır. Məhkəmə həbs cəzası ilə yanaşı, onun əmlakının müsadirə olunmağı qərarını çıxarıb.
Digər hakim Lu Szyunyu isə 5,5 illik həbs cəzasına məruz qalıb. O, Çin milli liqasında oyunların nəticələrinin “rejissorluğunda” günahkar sayılıb. Çjou Veysin haqqında isə qanunları pozduğuna görə 3,5 illik həbs qərarı çıxarılıb.
Məhkəmə həmçinin Çin Futbol Assosiasiyasının Superliqasını keçmiş idarəçisi Lu Feni 6,6 il azadlıqdan məhrum edib. Həbs qərarları ilə bağlı cəzaların yaxın vaxtda davam edəcəyi gözlənilir.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0