3742 gündən sonra
16.02.2012 - 10:33
“Bakı” üzərində növbəti qələbəsini qazanan “Qarabağ” uzun müddət idi ki, rəqibini böyük hesabla yenə bilmirdi. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XX turunda rəqibini 3:0 hesabı ilə üstələyən Ağdam təmsilçisi sonuncu belə uğurunu 3742 gün əvvəl əldə etmişdi. 2001-ci il noyabrın 17-də baş tutan qarşılaşmada “Qarabağ-Azərsun” adlanan komanda “Dinamo-Bakılı”nı 3:0 hesabı ilə məğlub etmişdi. 2001/02 mövsümünün həmin oyunundan sonra keçən 11 il vaxtda “Dinamo-Bakılı” “Bakı”ya, “Qarabağ-Azərsun” isə “Qarabağ”a çevrilib. Amma ağdamlılar yenə 3:0-lıq qələbəni səfərdə əldə edib.
Qeyd edək ki, komandalar arasındakı 36 çempionat oyununda “Qarabağ” 4, “Bakı” 2 dəfə böyük hesabla qalib gəlib.
Qeyd edək ki, komandalar arasındakı 36 çempionat oyununda “Qarabağ” 4, “Bakı” 2 dəfə böyük hesabla qalib gəlib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0