Bahodir Nasimovu kəşf edən çempionat 6-cı oldu
16.02.2012 - 11:15
Asiyada XXI əsrin ilk 10 ilində ən güclü ölkə çempionatlarının reytinq siyahısını açıqlanıb. Apasport.az saytının məlumatına görə, Yaponiya 4232 xalla siyahıya başçılıq edir. Cənubi Koreya 2-ci (3965), Səudiyyə Ərəbistanı 3-cü (3521), İran 4-cü (3398), Çin (3180) 5-ci yerdə gedir. Premyer Liqamızın hazırda bombardiri olan “Neftçi”nin özbək hücumçusu Bahodir Nasimov oynadığı, onu kəşf edən Özbəkistan çempionatı 3063 xalla 6-cı pillədə yer alıb.
Siyahıda milli komandamızın Dubaydakı təlim-məşq toplanışında yoldaşlıq görüşü keçirəcəyi ölkələr də yer alıb. Belə ki, ən yaxşı göstəriciyə fevralın 27-də qüvvəmizi sınayacağımız Hindistandır – 10-cu yer, 2437 xal. Fevralın 24-də görüşəcəyimiz Sinqapur 2379 xalla 12-dir. Fevralın 29-da rəqibimiz olacaq Fələstin isə ümumiyyətlə, 27 ölkənin yer aldığı siyahıya düşməyib.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0