Burak Yılmaz “Anji”də?
18.02.2012 - 00:21
Mövsümlərarası fasilədə “Atletiko”ya keçəcəyi söylənilən “Trabzonspor”un və Türkiyə millisinin hücumçusu Burak Yılmaza daha bir müştəri çıxıb. Apasport.az saytının xəbərinə görə, “Napoli”, “Ayaks”, “Arsenal” kimi klubların transfer siyahısında olan 26 yaşlı futbolçuya bu dəfə “Anji” elçi düşüb.
Son zamanlar bahalı transferləri ilə diqqət çəkən Mahaçqala təmsilçisi Buraka müqavilə təklif etməyə hazırlaşır. Transferin məbləği barəsində açıqlama verilməsə də, “Anji”nin adıçəkilən futbolçuya ildə 3 milyon avro məvacib ödəməyə hazır olduğu bildirilir. “Trabzonspor” isə bu xəbəri hələ də təkzib edir.
Qeyd edək ki, Burak hazırda “Trabzonspor”un heyətində 23 qarşılaşmada 27 qol vuraraq Superliqanın bombardiridir.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0