Araz Abdullayev etiraz aksiyasına qoşuldu
18.02.2012 - 10:31
Yunanıstan çempionatının təşkilatçıları fevralın 25-26-da keçirilməli olan turun bütün oyunlarını təxirə salıb. Apasport.az saytının məlumatına görə, Superliqa qarşılaşmaları 1 həftə gec keçiriləcək. Bu addım Yunanıstanda çıxarılan yeni qanunlara etiraz aksiyası xarakteri daşıyır. Belə ki, yeni qanunun idman funksionerlərinin müstəqilliyinə xələl gətirdiyini düşünən futbol başbilənləri buna öz etirazlarını bu şəkildə bildirəcəklər.
Bu isə o deməkdir ki, Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” da aksiyanın iştirakçısına çevriləcək. Bu həftəsonu baş tutacaq turun sabahkı oyununda Pirey “Olimpiakos”unun qonağı olacaq Araz və komandası gələn həftə meydana çıxmayacaq. “Panionios”un ayın 26-dakı rəqibi “Atromitos” olmalı idi. Lakin həmin matç 1 həftə gec baş tutacaq.
Qeyd edək ki, artıq FİFA da Yunanıstandakı qanuna münasibət bildirib. Dünya futbol qurumu qanunun dəyişdirilməyəcəyi halda bu ölkəni cəzalandırmaqla hədələyib.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0