Millimizin üzvü yenə məyus oldu
18.02.2012 - 16:56
Azərbaycan milli komandasının futzalçısı Serjaonun şərəfini qoruduğu “Uraqan” klubu Ukrayna çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, son çempion “Yenakievets”in qonağı olub. Yığmamızın milliləşən braziliyalısı və komandası cari mövsümdəki uğursuz çıxışını bu dəfə də davam etdirib. Belə ki, “Uraqan” yenə məğlubiyyətlə barışıb – 2:6. Bu, artıq çempionun 5-ci məğlubiyyətidir. Zədəli komanda yoldaşı, digər milliləşən braziliyalı Biro Jadenin yoxluğunda zəif təsir bağışlayan Serjao bu dəfə də qol sevinci yaşamayıb.
Qeyd edək ki, 15 oyundan 26 xalı olan “Uraqan” liderdən 11 xal geridə, 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, 15 oyundan 26 xalı olan “Uraqan” liderdən 11 xal geridə, 3-cü pillədə qərarlaşıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0