Amit Quluzadənin komandası yenə xal itirdi
18.02.2012 - 17:39
Türkiyə çempionatının aşağı dəstəsində növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin şərəfini qoruduğu “Ərviyəsspor” Bank Asiya I Liqanın XXII turunda “Karşıyaka” ilə görüşüb. Kayseri təmsilçisi qarlı-buzlu doğma meydanda çətin qələbə qazana bilməyib – 1:1. 9 oyunluq qələbə həsrətinə 76-cı dəqiqədə fərqlənən Əmrahın qolu son qoya bilərdi. Lakin 12 dəqiqə sonra qonaqlar bərabərlik topuna imza ata biliblər. Amit bu oyunda meydana çıxmayıb.
Qeyd edək ki, bu turadək 21 oyundan 26 xal toplayan “Ərciyəsspor” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşmışdı.
Qeyd edək ki, bu turadək 21 oyundan 26 xal toplayan “Ərciyəsspor” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşmışdı.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0