Araz Abdullayev “Olimpiakos”la oyuna buraxılmadı
20.02.2012 - 09:44
Yunanıstan çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin çıxış etdiyi “Panionios” klubu Pirey “Olimpiakos”unun qonağı olub. Yunanıstanın ən titlllu komandası bu qarşılaşmada rəqibini 2:0 hesabı ilə məğlub edib. 20 yaşlı yarımmüdafiəçimiz komandasının hər hissədə 1 qol buraxdığı görüşdə iştirak etməyib. Belə ki, baş məşqçi Akis Mantzios onu bu qarşılaşmanın “18-liy”inə də daxil etməyi lazım bilməyib.
Qeyd edək ki, 22 oyundan sonra hesabında 23 xal olan “Panionios” Suprerliqanın turnir cədvəlində 13 komanda arasında 11-ci pillədədir.
Qeyd edək ki, 22 oyundan sonra hesabında 23 xal olan “Panionios” Suprerliqanın turnir cədvəlində 13 komanda arasında 11-ci pillədədir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0