Cüneyt Biçər: Onlar mən istəyən futbolu sərgiləyə bilmədilər
21.02.2012 - 16:27
“Nəticənin belə olacağını gözləmirdim. Son dəqiqələrdə vurulan qol bizim üçün sürpriz oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”yə məğlubiyyətdən (0:1) sonra “Xəzər Lənkəran” klubunun baş məşqçisi Cüneyt Biçər deyib.
Türkiyəli mütəxəssis komandasının pis oynamadığını bildirib: “Futbolda belə hallar olur”.
Kamran Ağayevin bugünkü matçda oynamaması ilə bağlı isə Biçər deyib ki, qapıçının dünən axşam hərarəti qalxıb: “Biz Kamranın hərarətinin enməsi üçün ona iynə vurduq. Bununla belə, Kamranın qızdırması enmədi. Bu səbəbdən onu ehtiyatda saxlamağa məcbur olduq”.
Sonda Biçər komandanın yeni transferlərinin oyunu haqda danışıb: “Mənim istədiyim futbolu sərgiləyə bilmədilər. Onlara uyğunlaşmaq üçün bir qədər zaman lazımdır”.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0