“Onun ən böyük uğuru Mpenza idi”
22.02.2012 - 11:51
Belçikanın tanınmış fiziki hazırlıq üzrə məşqçilərindən olan Qay Namurois vəfat edib. Apasport.az saytının məlumatına görə, vaxtilə atletikanın onnövçülük növü ilə məşğul olan, son 10 ildə “Standard” futbol klubunda fiziki hazırlıq üzrə məşqçi kimi çalışan mütəxəssisin ölümü Belçika futbol ictimaiyyətini şoka salıb.
51 yaşlı çalışdırıcının vəfatına bir çox tanınmışlar da münasibət bildirib. “Standard”ın baş məşqçisi Xose Riqa Namuroisin klubundakı rolundan danışıb: “Onun ən böyük uğuru Emil Mpenza idi. Bu futbolçu məhz fiziki hazırlığı ilə daim öyünə bilir ki, buna görə də Namuroisə borcludur. Elə digər ulduzumuz İvitsa Draqutinoviç haqda da eyni sözləri deyə bilərəm”.
Qeyd edək ki, futbolla yanaşı tennis ulduzları ilə da çalışan Namuroisin fiziki hazırlıq keçdiyi tanınmışlar sırasında Jüstin Enin Ardenn də var. Mpenza 1997-2000 və 2003-04-cü illərdə çıxış etdiyi “Standard”dakı 2-ci dönəmində Namuroislə birlikdə çalışıb.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0