“İstəyirəm zədəmi sağaldıb, “Neftçi”yə kömək edim”
22.02.2012 - 14:02
“Uzun müddətdir Braziliyada müalicə olunuram. Ötən ay əməliyyat olundum və hazırda bərpa prosesini keçirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Rodriqinyo deyib.
Komandasının "Rəvan" matçını izləyənlər arasında olan braziliyalı yarımmüdafiəçi hazırkı durumuna aydınlıq gətirib: “Həm futbol oynamaq, həm də komanda yoldaşlarım üçün darıxdım. Ona görə də, "Neftçi" - "Rəvan" oyununu stadiondan izlədim. Komanda yoldaşlarım sona kimi mübarizə aparıb layiqli qələbə qazandı. İstəyirəm ki, tez bir zamanda zədəmi sağaldıb, komandama kömək edim”.
Qeyd edək ki, Rodriqinyo Çempionlar Liqasının təsnifat mərhələsinin ötən yay Bakıda keçirilən “Neftçi” – “Dinamo” (Xorvatiya) oyununda zədələnmişdi.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0