Hindistanlı futbolçuların millimizlə oyun öncəsi problemi yarandı
22.02.2012 - 14:17
Hindistan futbolçuları millimizlə yoldaşlıq görüşünə qədər çempionatda iştirak edə bilməyəcəklər. Apasport.az saytının məlumatına görə, bu ölkədə yeni çempionatın başlanması aprelin ortasınadək təxirə salınıb.
Fabio Kannavaro, Rober Pires, Ernan Krespo kimi ulduz futbolçuların transferi ilə dünyanın diqqət mərkəzində olan Hindistan birinciliyinin startının yubanmağına səbəb stadionlarla bağlıdır. Belə ki, 1 milyarddan artıq əhalisi olan bu ölkədə meydança çatışmır.
Maraqlıdır ki, karyeralarının qürub çağından olan futbolçulara milyonlar xərcləyən hindistanlıların çempionatı keçirmək üçün cəmi 3 stadionu var. İndi təşkilatçılar vəziyyətdən çıxış yolu kimi maraqlı addım atmağa qərara alıblar. Belə ki, onlar ölkə rəhbərliyi ilə kriket stadionlarının istismara götürməkləri ilə bağlı danışıqlar aparırlar.
Qeyd edək ki, Azərbaycan – Hindistan matçı fevralın 27-də Dubayda keçiriləcək.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0