AFFA rəsmiləri TFF-də fikir mübadiləsi apardılar
22.02.2012 - 15:39
AFFA nümayəndələri Türkiyə Futbol Federasiyasını (TFF) ziyarət ediblər. Apasport.az saytının məlumatına görə, assosiasiyamızın rəsmiləri bu ilin payızında ölkəmizdə keçirəcəkləri 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsi ilə bağlı məlumat mübadiləsi aparmaq üçün TFF-nin mənzil-qərargahına baş çəkiblər. Qurumun Fəaliyyətlər və Məlumat Əməliyyat Müdirliyi səlahiyyətlilərinin qatıldığı yığıncaqda Azərbaycanla Türkiyənin ayrı-ayrı təşkil edəcəyi dünya çempionatları üçün fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Türkiyə 2013-cü ildə FİFA-nın keçirdiyi 20 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında dünya çempionatına ev sahibliyi edəcək.
Qeyd edək ki, Türkiyə 2013-cü ildə FİFA-nın keçirdiyi 20 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında dünya çempionatına ev sahibliyi edəcək.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0