Sadıq Sadıqov: Transferləri yekunlaşdırırıq
03.07.2012 - 22:30
“Neftçi” klubunun prezidenti Sadıq Sadıqov paraqvaylı futbolçunun transferinə münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar”ın rəhbəri bildirib ki, komandasının əsas məqsədi heyətə səviyyəli, gənc və öz ölkələrinin millisində çıxış edən legionerlər cəlb etmək idi: “Bu komandamızda yer alan gənc yerli futbolçularımızın da xeyrinədir. Erik Fabian Ramos da məhz bizim istəyimizə uyğun futbolçudur. Bununla da transfer çalışmalarımızı müvəqqəti yekunlaşdırırıq. Ümid edirəm ki, Ramos komandamızın gücünə güc qatacaq və öz oyunu ilə azarkeşlərin də rəğbətini qazanacaq”.
- Kloppla birlikdə Saneyə milli qapısı bağlanır
- Ölkələr açıqlandı: 2028 və 2029-cu illərin avrokubok finalları bu stadionlarda
- Pepedən De Paula sərt sözlər: “Bizim dövrümüzdə oynasaydı...”
- Boliviyada şok haidsə: “3 qol burax, yoxsa ailəni öldürəcəyik”
- Ruben Neveşə qarşı Jota təxribatı: Federasiya açıqlama yaydı
0
0