“Rubin”in futbolçusu Bakıya yeni müqavilə imzalayıb gələcək
30.10.2012 - 09:25
“Neftçi”nin Avroliqada növbəti rəqibi olan “Rubin”in aparıcı futbolçusu Bibars Natxo gələcək taleyinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, İsrail yığmasının yarımmüdafiəçisi Kazan klubu ilə müqaviləsini 2015-ci ilin yayına kimi uzadacaq. Bu, sabah reallaşacaq.
Noyabrın 8-də “Rubin”in heyətində Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi”yə qarşı oynayacaq Natxonun anlaşması 2013-cü ilin sonuna kimi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Bibars sentyabrın 7-də millisinin heyətində yığmamızla Respublika stadionunda 1:1 hesabı ilə nəticələnən oyunda qol vurub.

- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
0
0