“Qarabağ”ın başı dərddə
30.10.2012 - 11:46
Sabah Topaz Premyer Liqasının XI turunda “Qəbələ”ni qəbul edəcək “Qarabağ” oyuna itkilərlə hazırlaşır. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin 5 futbolçusunun bu qarşılaşmanı buraxacağı gözlənilir.
Zədə səbəbindən son 2 oyunu buraxan Rəşad Sadıqova “Xəzər-Lənkəran”la matçda almacıq sümüyü qırılan Ansi Aqolli də qoşulub. Əfran İsmayılovla Namiq Yusifovun da sabahadək sağalacağı məlum deyil. Üstəlik, sonuncu turda qırmızı vərəqə alan Maksim Medvedev də oyunu buraxmalı olacaq. Əvəzində Vüqar Nadirov cəzasını başa vurub.
Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” matçı sabah 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
0
0