“Hannover 96” Gökdəmirsiz də qələbə qazanır
30.10.2012 - 16:43
Azərbaycan yığmasının futbolçusu Əli Gökdəmir Almaniyada diqqət mərkəzindədir. Apasport.az saytının xəbərinə görə, onun çıxış etdiyi “Hannover 96” klubunun Regionalliqanın Şimal zonasında mübarizə aparan ikinci komandasını saxlayan tapılmır.
Hannoverlilər son turda “Mühlenholtsveq” stadionunda 600 azarkeşin izlədiyi qarşılaşmada “Vilhelmshaven”i də yenib - 2:0.
Ancaq bu qarşılaşmada futbolçumuzun adı matçın protokoluna daxil edilməyib. Buna səbəb onun bundan öncəki tur “Verder”ə qarşı baş tutan görüşdə 5-ci sarı vərəqəsini alaraq cəzalı duruma düşməsidi.
Xatırladaq ki, yığmanın Rusiya ilə matçında penaltiyə səbəb olmaqla antiqəhrəmana çevrilən Gökdəmir keçirilən 13 turun 10 qarşılaşmasında meydana çıxıb. O, bu ay baş tutan 2 matçda - “Noymünster” və “Oldenburq”la oyunlarda komandası üçün qol vurmağa da müvəffəq olub.
Maraqlıdı ki, o, sonuncu qolunu Rusiya ilə matçdan 4 gün sonra vurub. Əlinin növbəti tur “Şvarts-Vayss Rehden”ə qarşı oynaması istisna olunmur.
Qeyd edək ki, Əlinin komandası hazırda turnir cədvəlində liderdi. “Hannover 96”nın aktivində 29 xal var və ikinci pillədə olan Kil “Holştayn”ından 2 xal irəlidədi.

- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0