“Erkən qol buraxmağımız pisdir”
30.10.2012 - 22:22
“Oyuna çox pis başladıq. Bu da bəzi futbolçuların oyuna lazımi qədər köklənməməyindən irəli gəlir”. Apasport.az saytının xəbərinə görə, bunu “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Paytaxt təmsilçisi Topaz Premyer Liqasının XI turunda “Kəpəz”i məğlub etməklə, turnir cədvəlində birinci pilləyə qalxdı. 3:1 hesablı qələbəyə baxmayaraq, gürcüstanlı çalışdırıcı buraxılan erkən qoldan narahatdır: “Kəpəz” hücum planında aqressiv idi. Rəqibin kimliyindən asılı olmayaraq, 5 oyunçu ilə pressinq edirlər. Gəncə təmsilçisində xəttlər arasında boşluqlar var idi. Oyunun əvvəlində bu boşluqlardan istifadə edərək qol vurduq. Erkən qol buraxmağımız pisdir, lakin 3 qol vuraraq qalib gəldik. Son zamanlar gənc futbolçulara şans veririk, onları oyunlarına görə təbrik edirəm. Qalib gəldiyimiz üçün şadam, qarşıda bizi “Sumqayıt”la çətin oyun gözləyir. Bu oyunda da öz oyunumuzu göstərməliyik”.

- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0