İquaynın 6 min avroluq hədiyyəsini geri qaytardılar
31.10.2012 - 00:20
"Real"ın argentinalı qolçusu Qonsalo İquayn maraqlı bir jestlə gündəmə gəlib. Apasport.az saytının xəbərinə görə, adətən sakit davranışı ilə diqqət çəkən futbolçu bu dəfə elə bir hərəkət edib ki, hər kəsi çox təəccübləndirib.
Forvard gözəl uruqvaylı televiziya aparıcısı Evanjelina Ortizə 6 min avro dəyərində saat göndərib. İquaynın bu jesti mətbuatın nəzərindən qaçmayıb və bu xəbərlər KİV-də geniş şəkildə işıqlandırılıb.
Məsələnin əsas tərəfi isə odu ki, Qonsalonun bu hərəkəti Ortizin sevgilisi - varlı iş adamı Rodriqo Diasın xoşuna gəlməyib. Onun təkidindən sonra aparıcı İquaynın hədiyyəsini geri göndərib.
Hətta bu hadisədən sonra uruqvaylı xanımın sevgilisi ilə olan münasibətində inciklik yaranıb. Evanjelina olanları təsdiq etsə də, sevgilsi ilə arasında problem olmadığını dilə gətirib.
Qeyd edək ki, İquaynın hədiyyəsi olan 6 min avroluq saat bahalı daş-qaşlardan hazırlanıbmış.

- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0