“Qarabağ”ın zədəliləri sıraya qayıdır
01.11.2012 - 17:17
“Qarabağ” Topaz Premyer Liqasının II dövrəsinin ilk turunun hazırlığına başlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, XII turda AZAL-ı qəbul edəcək ağdamlılar bu gün saat 12:00-da Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda məşq edib.
Ötən turda “Qəbələ” ilə oyunda heyətlə bağlı ciddi problemlər yaşayan “Qarabağ” heyətini genişləndirib. Belə ki, uzun müddətdir komandadan ayrı düşən yarımmüdafiəçi Əfran İsmayılov kollektivlə məşqlərə başlayıb. Kapitan Rəşad Sadıqov isə xüsusi nəzarət altında fərdi məşqlər yerinə yetirir. Cəzasını başa vuran müdafiəçi Maksim Medvedev sıraya dönüb.
Türkiyədə əməliyyat olunan Ansi Aqolli isə artıq Bakıdadır. Albaniyalı müdafiəçi AZAL-la oyuna yetişməsə də, növbəti turda meydana çıxmaq ehtimalı yüksəkdir.
Qeyd edək ki, “Qarabağ” – AZAL matçı noyabrın 4-də saat 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0