Ufuk Budak qolla qayıtdı
02.11.2012 - 10:53
Azərbaycan milli komandasının futbolçusu Ufuk Budak ağır zədədən sonra kollektiv məşqlərə başlayıb. Apasport.az saytının xəbərinə görə, müdafiəçimiz artıq “Əskişəhərspor”da rəsmi debütünü edib.
Ancaq bu, əsas yox, ikinci komandada gerçəkləşib. Belə ki, A2 Liqasında “Əskişəhərspor” “Göztəpə” ilə qarşılaşıb. Ufuk bu oyunda ilk dəqiqələrdən meydanda olub. Hesabı Budakın polşalı komanda yoldaşı Maletski açsa da, 36 və 38-ci dəqiqələrdə izmirlilər Fırat və Özgürlə hesabı öz xeyirlərinə dəyişib. Ancaq Budakın 68-ci dəqiqədə vurduğu qol komandasını məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, bu nəticədən sonra “Əskişəhərspor” qrupundakı liderliyini sürdürüb.

- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0