AZAL “Tofiq Bəhramov”dan imtina etdi
02.11.2012 - 21:03
Bir günlük istirahətdən sonra Topaz Premyer Liqasının XII turunun "Qarabağ"la oyununun hazırlıqlarına başlayan AZAL bu gün Şüvəlan stadionunda məşqə çıxıb. Apasport.az saytının məlumatına görə, "təyyarəçilər" matç öncəsi sonuncu məşqini də öz bazasında keçirəcək.
Buna qədər komandanın Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacağı gözlənilsə də, məşqçilər korpusu bundan imtina edib.
Bu günlərdə qızı olan litvalı forvard Andrius Veliçka da AZAL-ın düşərgəsinə qoşulub və o, "Qarabağ"la görüşdə meydançaya çıxmaq imkanına malik olacaq.
Xatırladaq ki, “Qarabağ” – AZAL görüşü noyabrın 4-də Respublika stadionunda keçiriləcək. Saat 15:10-da başlayacaq qarşılaşmanı Əliyar Ağayev idarə edəcək.

- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0