Messi ata oldu, məşqə gəlmədi - FOTO
02.11.2012 - 22:01
"Barselona"nın lideri Lionel Messi İspaniya çempionatının X turu çərçivəsində "Selta" ilə keçiriləcək qarşılaşmanı buraxa bilər. Apasport.az-ın AS qəzetinə istinadla verdiyi məlumata görə, buna səbəb argentinalı ulduzun övladının dünyaya gəlməsidir.
"Barselona"nın çalışdırıcısı Tita Vilyanova isə Messinin meydançaya çıxacağını bildirib: "Lionel həqiqətən də bu gün bizimlə birgə məşq etmədi. Onun şəxsi işləri vardı. Amma sabah komanda ilə birgə olacaq. Hər şey qaydasında olsa, Messi meydançaya çıxacaq. Onun bugünkü məşqi buraxmasında qorxulu bir şey görmürəm".
Yeri gəlmişkən, bu ərəfədə Messinin internetdə maraqlı fotosu yayılıb. İspaniya mətbuatı argentinalı ulduzun yeni dünyaya gələn oğluna Tyaqo adını qoyacağını müəyyənləşdirib.

- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0