Lionel Messi: Dünyanın ən xoşbəxt adamıyam
03.11.2012 - 10:23
“Bu gün mən dünyanın ən xoşbəxt adamıyam. Oğlum dünyaya gəlib”. Apasport.az saytının məlumatına görə, bu fikirləri son 3 ildə dünyanın ən yaxşı futbolçusu seçilən Lionel Messi deyib. “Barselona”nın 25 yaşlı argentinalı hücumçusu “Facebook” sosial şəbəkəsindəki səhifəsində ilk övladının dünyaya gəldiyini təsdiqləyib. Tyaqo adı qoyulan körpə “Barsa”nın ev oyunlarını keçirdiyi “Nou Kamp” stadionunun yaxınlığındak; hospitaldadır.
Messi həyatında baş verən bu xoş hadisə ilə bağlı təəssüratlarını səhifəsində qələmə alıb: “Bu nemətə görə Allaha minnətdaram! Ailəm məni dəstəklədiyinə görə sağ olsun! Mən hamınızı sevirəm”.
Qeyd edək ki, Lionel xanımı Antonella Rokkutsonun hamilə olduğu haqda bu ilin iyunun ortasında məlumat vermişdi.

- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0