“Qarabağ”ın sabiq qapıçısı “Hapoel”ə keçdi
06.11.2012 - 18:10
Boyan Pavloviç özünə yeni klub tapıb. Apasport.az saytının xəbərinə görə, ötən mövsüm “Qarabağ”dan ayrıldıqdan sonra komandasız qalan serbiyalı qapıçı İsrail “Hapoel”i ilə anlaşıb.
Ancaq bu, ötən mövsümün yekununa əsasən elitadan aşağı dəstəyə yuvarlanan Aşkelon “Hapoel”idir. 2 gündən sonra 26 yaşını tamamlayacaq qolkiper yeni komandasında debütünü ötən həftə edib. Debüt Petah-Tikva “Hapoel”inə qarşı olub. Pavloviçin 13-cü dəqiqədə buraxdığı top komandasının yenilgisinə səbəb olub.
Qeyd edək ki, serbiyalı futbolçunun yeni klubu 8 turdan sonra cəmi 1 xal toplayıb və sonuncu pillədə yer alıb.

- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0