Nizami Hacıyevsiz uduzdular
13.12.2012 - 14:28
“İnter”in yarımmüdafiəçisi Nizami Hacıyevin transfer olunacağı gözlənilən “Poqon” qış fasiləsinə məğlub durumda yollanıb. Apasport.az saytının məlumatına görə, Polşa çempionatında XV tura Varşavada keçirilən “Poloniya” – “Poqon” matçı ilə yekun vurulub.
Paytaxt təmsilçisi müdafiəçi Matsey Dabrovskinin avtoqolu və gürcü hücumçu Vladimir Dvalişvilinin qolu ilə 2:0 hesablı qələbə qazanıb. Bununla da “Poqon” turnir cədvəlində VIII pilləyə düşüb. Şçetsin təmsilçisinin 21 xala malikdir.
Qeyd edək ki, “Poqon”un “Energetik”lə yoxlama oyununda (5:2) qol vuran Nizami Hacıyev Polşa klubunun məşqçilər heyəti tərəfindən bəyənilib. Artıq futbolçunun yaya kimi məxsus olduğu “İnter”lə “Poqon” arasında da razılıq əldə olunub. Futbolçunun yaxın günlərdə Polşaya yollanıb müqavilə bağlayacağı gözlənilir.

- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
- Braziliyada “10 nömrə”nin yeni sahibi: Neymardan ona keçdi
0
0