Azərbaycan U-21 millisi Çexiyanı qəbul edir - YENİLƏNİR
25.09.2026 - 11:42
Azərbaycan U-21 millisi Çexiyanı qəbul edir - YENİLƏNİR

Azərbaycanın U-21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, yığmamız doğma meydanda Çexiya millisi ilə qarşılaşacaq.

Görüş Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq. Matçı irlandiyalı baş hakim Aaron O'Doud idarə edəcək.

Qarşılaşmanın start fiti saat 17:45-də səslənəcək.

Qeyd edək ki, Azərbaycan U-21 millisi seçmə mərhələdə növbəti oyunlarını sentyabrın 30-da səfərdə Şotlandiyaya, oktyabrın 6-da isə evdə Cəbəllütariqə qarşı keçirəcək.

Avropa Çempionatı
Seçmə mərhələ
25 sentyabr
17:45. Azərbaycan U21 - Çexiya U21

"Bank Respublika Arena"