Qadın boksçularımızın ikisi finala vəsiqə qazandı
14.12.2012 - 20:54
Qazaxıstanda keçirilən boks üzrə qadınlar arasında beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının iki üzvü – Yelena Vıstropova (69 kq) və Leyla Cavadova (75 kq) finala vəsiqə qazanıblar. Dünya çempionatının gümüş mükafatçısı, London Olimpiadasının iştirakçısı Vıstropova finala gedən yolda son Rusiya çempionu Sadaqat Abdullayeva üzrində qələbə qazanıb.
Leyla Cavadova isə Qazaxıstan təmsilçisi Aijan Nursentovanı məğlub edərək, finala yüksəlib. Aynur Rzayeva beynəlxalq turnirdə bürünc medalla kifayətlənib. Boksçumuz yarımfinalda dünya reytinqində 2-ci olan qazaxıstanlı İazzat Kunqulbayevaya uduzub.
Qeyd edək ki, finalda Rusiyanın 3, Azərbaycanın 2 boksçusu mübarizə aparacaq. Digər çəki dərəcələrində Qazaxıstan idmançıları finala vəsiqə qazanıblar.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0