Rasim Ramaldanov komandasından ayrı düşdü
17.12.2012 - 20:42
Topaz Premyer Liqasının XVII turunda səfərdə "Qəbələ"ni minimal hesabla məğlub edərək zirvədəki yerini qoruyan “Simurq” artıq növbəti oyunun hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, bərpaedici xarakterli hazırlığı əsas heyətdə meydana çıxmış futbolçular yüngül qaçış və isinmə hərəkətləri ilə tamamlayıb. Digər qrup isə ikitərəfli oyun və qapıya zərbələr üzərində çalışıb. Ötən matçda yüngül zədə alan Rasim Ramaldanov isə tamamilə ayrı məşq edib.
Qeyd edək ki, "Simurq" növbəti turda "Rəvan"ı qonaq edəcək. Qarşılaşma dekabrın 20-də Zaqatala şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, "Simurq" növbəti turda "Rəvan"ı qonaq edəcək. Qarşılaşma dekabrın 20-də Zaqatala şəhər stadionunda keçiriləcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0