Milli komandamızın veteran futbolçusu “Qəbələ”də
17.12.2012 - 21:10
“Qəbələ”də yeni məşqçi təyinatı baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycanın veteran futbolçusu Xəqani Məmmədov sözügedən komandanın futbol akademiyasında fəaliyyətə başlayıb. Bununla bağlı fikirlərini gənc mütəxəssis klubun rəsmi internet saytında bildirib:
“Qəbələ”nin uşaq futboluna ayırdığı diqqət göz qabağındadır. Təklifi məmnuniyyətlə qəbul etdim. Baza ilə tanışlıq zamanı hər şeyin yüksək səviyyədə təşkil edildiyinin şahidi oldum. Burada futbolun inkişafı üçün hər cür şərait yaradılıb. İnanıram ki, futbol təcrübəmdən yararlanaraq “Qəbələ” Futbol Akademiyasında peşəkar futbolçuların yetişməsində yaxından rol oynayacağam”.
Qeyd edək ki, Xəqani Məmmədov futbolçu karyerası boyunca “Neftçi” (1996-1998), OİK (1998-1999), “ANS Pivani” (1999-2000), “Şəmkir” (2000-2001), “Maşınsazi” (İran, 2001-2003), “Xəzər-Lənkəran” (2003-2006, 2010-2011), “Olimpik” (2006-2007), “İnter” (2007-2010) kimi klublarda top qovub. Həmçinin o, Azərbaycan milli komandasının formasını da geyinib.
Məmmədov məşqçilik karyerasına isə 2011-ci ildə Bakı “İnter”ində başlayıb və paytaxt təmsilçisinin 11 yaşa qədər futbolçulardan ibarət komandasına rəhbərlik edib.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0