“Simurq” qarlı hava şəraitində məşq etdi
19.12.2012 - 04:54
Topaz Premyer Liqasının XVIII turunda “Rəvan”ı qəbul edəcək “Simurq” qarlı hava şəraitində hazırlıqları davam etdirir. Apasport.az saytının məlumatına görə, 2012-ci ilin son oyununda qalib gəlib və turnir cədvəlini zirvədə tamamlayaraq fasiləyə yollanmağı planlaşdıran Zaqatala klubu dünən növbəti məşqinə çıxıb. Uzun məsafəli qaçış və isinmə hərəkətlərindən sonra Georgi Çixradzenin yetirmələri daha sonra taktiki çalışmalar üzərində işləyib. Qısa ötürmələrdən sonra ikitərəfli oyunla məşq tamamlanıb.
Qapıçılar Dmitri Kramarenko, David Petjkeviç və Eyyub Əliyev qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı çalışıb.
Qeyd edək ki, “Simurq” - “Rəvan” oyunu dekabrın 20-si Zaqatala şəhər stadionunda keçirləcək. Matç isə saat 15:00-da başlayacaq.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0