“Sumqayıt”la oyunda yeganə istəyimiz 3 xaldır”
19.12.2012 - 19:05
“Fikrimiz ancaq qələbə qazanmaqdır. Vəziyyətimiz hamıya bəllidir. Yalnız qələbə əldə etməklə durumumuzu qismən də olsa düzəldə bilərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in kapitanı Azər Məmmədov deyib.
“Sumqayıt”la oyun öncəsi təcrübəli müdafiəçi klubunun rəsmi saytına bu görüşlə bağlı fikirlərini bölüşüb. Məmmədov ilin son oyununu major notlarla bitirmək istədiklərini qeyd edib: “İlin son oyunudur. Bundan sonra çempionatda fasilə yaranacaq. Hamımız istəyirik ki, evə xoş əhval-ruhiyyədə qayıdaq. Ona görə də klub rəhbərliyinin, məşqçilərin və futbolçuların yeganə istəyi 3 xaldır”.
Qeyd edək ki, “Sumqayıt” – “Kəpəz” oyunu sabah Bakıda baş tutacaq.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0