“Milan” hücumçusu ilə yenidən anlaşdı
20.12.2012 - 06:46
“Milan” fransalı futbolçusu M Baye Nianqla müqaviləsinin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, 18 yaşlı hücumçu daha iki il İtaliya klubunun şərəfini qoruyacaq. Mövsümün əvvəlində Fransa “Kaen”indən transfer olunan Nianqın müqaviləsi, 2017-ci ilin iyun ayının 30-da başa çatacaq.
Qeyd edək ki, Fransa U-16, U-17 və U-21 komandalarının formasını geyinən Nianq, ”Milan”da ilk qolunu ötən həftə İtaliya kubokunun oyununda “Recina”nın qapısından keçirib. M Bayenin bu qolu həm də, “Milan”ın heyətində ikinci ən gənc qol vuran futbolçusu kimi tarixə düşüb. Birinci qol isə Cianni Riveraya aiddir. O, 1960-cı ildə 17 yaşı olarkən “Yuventus”un qapısından keçirib.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0