Azərbaycan yığması turnirin favoritidir
20.12.2012 - 14:59
Azərbaycanda keçiriləcək VI Bakı Beynəlxalq Futzal Turnirinin favoriti meydan sahibləri olacaq. Apasport.az saytının məlumatına görə, yarışa qonaq qismində qatılacaq 4 yığma millimizdən zəifdir. Bunu onların dünya reytinqindəki yeri göstərir.
Belə ki, turnirin qonaqlarından yalnız Belarus millisi planetin ən güclü 20 komandası sırasındadır. Siyahıda 18-ci olan slavyanlar 1280 xala malikdir. Özbəkistan millisi cəmi 40 xal geridə qalır. Asiyalılar dünya reytinqinin 24-cüsüdür.
Latviya yığması ilk “50-lik”də yer alıb. 48-ci olan rəqibimizin hesabında 976 xal var. 2013-cü il fevralın 12-dən 16-dək Bakıda baş tutacaq yarışın ən zəifi isə Moldovadır. 883 xala malik komanda dünyanın 66-cı komandasıdır.
Qeyd edək ki, qonaqların hamısından yüksək - 15-ci olan yığmamızın hesabında 1323 xal var.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0