Ünal Aysal püşkün nəticəsindən razıdır
20.12.2012 - 20:17
“Xeyirli olsun. Elə mənim ürəyimdən “Şalke” ilə qarşılaşmaq keçirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray”ın prezidenti Ünal Aysal deyib. O, Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü ilə bağlı Türkiyə mətbuatına fikirlərini açıqlayıb.
“Almaniyada çoxlu azarkeşlərimiz var. Orada özümü rahat hiss edirik. Əminəm ki, yaxşı nəticə qazanacağıq və uğurlarımızın davamını gətirəcəyik. İnşallah hər şey planladığımız və fikirləşdiyimiz kimi gedəcək”
Qeyd edək ki, "Qalatasaray" "Şalke" ilə ilk oyununu doğma publika önündə keçirəcək. Qarşılaşma fevralın 20-də baş tutacaq. Cavab matçı isə martın 12-də oynanılacaq.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0