“Rəqib müdafiəyə çəkiləndə hücum üçün meydan daralır”
22.12.2012 - 18:01
“Bu matç hər 2 komanda üçün çox vacib idi, Bu səbəbdən də qarşılaşma bir az əsəbi alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XVIII turunun “Bakı” ilə oyunu haqda danışıb: “Qələbə istəyimiz çox böyük idi. Bu da tələskənlik yaradır, ötürmələrdə qeyri-dəqiqliyə səbəb olurdu. Rəqib müdafiəyə çəkiləndə hücum üçün meydan daralır. Bu da hücumda olan komandanın işini çətinləşdirir. Lakin buna baxmayaraq qol imkanları yarada bildik. Bu imkanları qaçırsaq da təşəbbüsü əldən verməyib sonda istəyimizə nail olduq. İndi qüvvəmizi tam bərpa edib. “Neftçi” ilə matç tam hazır olmağı düşünürük”.
Qeyd edək ki, “İnter” “Bakı”nı 1:0 hesabı ilə məğlub edib.

- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0