“Qəbələ” qrup lideri oldu
24.12.2012 - 12:40
“Əlincə” turnirində iştirakını davam etdirən “Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası qrup mərhələsini uğurla adlayıb. Apasport.az saytının məlumatına görə, ikinci matçda ROİL-lə qarşılaşan “qırmızı-qaralar” oyundan bir xalla ayrılıblar.
Görüş ərzində hər iki tərəfin fərqlənmək imkanı olsa da, hesab açılmayıb - 0:0. Bu nəticədən sonra “Qəbələ” 4 xalla qrup mərhələsini ilk pillədə bitirib. ROİL isə digər mərhələyə vəsiqə qazanan ikinci komanda olub.
Digər qrupdan isə müvafiq olaraq “Neftçi” və “İnter” yarımfinalda mübarizə hüququ qazanıb. “Qəbələ” sabah “İnter”lə finala vəsiqə uğrunda üz-üzə gələcək.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0